"Real" hücumçusu Vinisiusu itirib. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, braziliyalı çempionlar Liqasının 1/8 final mərhələsində "Ayaks"la cavab görüşündə zədələnib.

Bu gün tibbi müayinədən keçən 18 yaşlı forvardın nəticələri ürəkaçan olmayıb. Belə ki, klubun həkimi Vinisiusun sağ ayaq topuğunda əzələ yırtılması aşkarlandığını açıqlayıb. Onun bərpa prosesinin 2 ay çəkməsi gözlənilir. Bu isə o deməkdi ki, gənc hücumçu ən yaxşı halda mövsümün son matçlarında meydana çıxa biləcək.

Qeyd edək ki, Vinisius bu mövsüm "Real"ın heyətində 28 oyun keçirib, 4 qol, 2 assistlə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest