Afrika Millətlər Kubokunda qrup mərhələsinin üçüncü turunun oyunları keçirilir. Matc.az xəbər verir ki, Əlcəzairdə təşkil olunmuş qitə birinciliyində bu gün daha bir qarşılaşma baş tutub.

Madaqaskar millisi Sudan yığması ilə qarşılaşıb və 3 cavabsız qolla qalib gəlib. Maksimum nəticə ilə irəliləyən bu komanda 1/4 finala qrup lideri kimi çıxıb.

Mərakeşin turnirdən imtinası səbəbindən, Qana yığması bu dəfə oynamadan 3 xal qazanıb və qrup ikincisi kimi 1/4 finala yüksəlib.

Daha öncə Əlcəzair, Mozambik, Seneqal və Fil Dişi Sahili yığmaları da 1/4 finala vəsiqəni təmin etmişdilər.

Afrika Millətlər Kuboku
C qrupu
23 yanvar

Sudan - Madaqaskar 0:3
Qol: Randriantsiferana, 13. Razafidranaivo, 30. Rafanomezantsoa, 33.

Xal: Madaqaskar – 9. Qana – 6. Sudan – 3. Mərakeş – 0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest