Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir. Matc.az-ın Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, martın 8-dən 10-dək qitə birinciliyində sərbəst güləşçilər mübarizə aparacaq.

Məsul yarışda ölkəmizi gənclərdən ibarət yığmamızın böyük məşqçisi Rövşən Hacıyev və məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında İslam Bazarqanov (57 kq), Əsgər Məmmədəliyev (61 kq), Turan Bayramov (65 kq), Davud İbrahimov (70 kq), Rəşad Yusifli (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq), Şamil Zubairov (92 kq), Əliməhəmməd Alixmayev (97 kq) və İslam Abuyev (125 kq) təmsil edəcək.

Qeyd edək ki, Avropa çempionatında I dərəcəli beynəlxalq hakim Elman İsmayılov ədaləti qoruyur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest