Dünən futzal üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsinin 5 oyunu keçirilib. Matc.az saytı xəbər verir ki, baş tutan qarşılaşmalardan sonra 1/4 finala adlayan 5 komanda müəyyənləşib.

Elita təmsilçiləri "Xəzər Cənub", EKOL və "Araz"la yanaşı, "Obolon"la "Baku Fire" də yoluna davam edib. "Xəzər Cənub", "Baku Fire" və "Obolon"un növbəti mərhələdəki rəqibləri bugünkü oyunlardan sonra bilinəcək.

1/4 finalda azarkeşlər erkən final izləyəcəklər. Belə ki, "Araz"la EKOL yarımfinala yüksəlmək üçün üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest