Hazırda fəaliyyətini davam etdirməyən "Bakı"nın keçmiş futbolçusu Stanislav Baçev məşqçiliyə başlayıb. Matc.az saytının məlumatına görə, eks sol cinah müdafiəçisi bundan sonra Bolqarıstan ikinci liqasında çıxış edən "Pirin" klubunda baş məşqçinin köməkçisi olacaq.

Bu, Baçevin ilk məşqçilik təcrübəsidir.

Maraqlıdır ki, sözügedən klubun baş məşqçisi də Azərbaycandakı çıxışı ilə tanınır. Bakı "İnter"ində (hazırkı "Keşlə" – red.) oynamış Petar Zlatinov hazırda "Pirin"ə rəhbərlik edir.

Qeyd edək ki, Baçevlə Zlatinovun birlikdə oyunçuluq karyerası da olub. Onlar Azərbaycandan ayrıldıqdan sonra "Zbornaya" adlı mini-futbol komandası ilə Bolqarıstan çempionu olublar.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest