Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir. Matc.az saytının məlumatına görə, qitə birinciliyinin 2-ci günündə yunan-Roma güləşi yığmamızın son 3 üzvü mübarizəyə qoşulub.

İslambek Dadov əvvəlcə Macarıstan, daha sonra isə Avstriya idmançısına rahat qalib gələrək adını yarımfinala yazdırıb.

Eltun Vəzirzadə ilk mərhələdə Xorvatiya təmsilçisini vaxtından əvvəl məğlubiyyətə uğradıb. Ardınca isə Rusiya nümayəndəsinə uduzub.

Mübarizəyə 1/4 finaldan başlayan Arif Niftullayev debütdə Almaniya güləşçisini üstələyib və yarımfinala yüksəlib.

Yarımfinal qarşılaşmaları axşam seansında baş tutub. Dadov Rusiya təmsilçisi Maqomed Yarbilov, Niftullayev isə Gürcüstan güləşçisi Georgi Meliaya məğlub olub. İslambek və Arif martın 6-da bürünc medal uğrunda güləşəcək. Eltun Vəzirzadə isə təsəlliverici görüşə çıxacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest