Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Ceydon Sanço Avropa nəhənglərinin diqqət mərkəzindədi. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Mançester Yunayted" və PSJ gənc oyunçunu transfer etmək niyyətidədi.

18 yaşlı futbolçunun transfer qiyməti 100 milyon funt-sterlinq dəyərində göstərilir. Onun keçidi baş tutarsa, Sanço ən bahalı ingiltərəli futbolçu kimi tarixə düşəcək. Hazırda rekord "Tottenhem"dən "Mançester Siti"yə 54 milyon funt-sterlinqə keçən Kayl Uolkerə məxsusdu.

Qeyd edək ki, Sanço Bundesliqada keçirdiyi 24 oyunda 8 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest