"Arsenal"ın müdafiəçisi Naço Monreal vətəninə qayıda bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, İspaniya millisinin üzvü "Barselona"nın maraq dairəsindədi.

Kataloniya klubu 33 yaşlı oyunçuya sol cinah müdafiəçisi Xordi Albanın əvəzləyicisi gözü ilə baxır. Monreal İspaniya nəhənginə yayda havayı keçə bilər. çünki onun "topçular"la müqavilə müddəti mövsümün sonuna qədərdi. "Arsenal" rəhbərliyi bir müddət əvvəl ona yeni müqavilə təklif etsə də, tərəflər ortaq məxrəcə gələ bilməmişdilər.

Qeyd edək ki, "Arsenal"a 2013-cü ildə "Malaqa"dan keçən Naço Monreal London klubunun heyətində 227 matçda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest