19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Rusiyanın Soçi şəhərində təşkil edilən "Kuban baharı" turnirində çıxışını başa vurub. Matc.az saytının məlumatına görə, millimiz bu gün turnirdə son oyununu keçirib.

Komandamızın rəqibi iranlı həmyaşıdları olub. Görüş rəqibin 3:0 hesablı qələbəsi ilə nəticələnib. Bununla millimiz turnirdə ardıcıl 3-cü məğlubiyyətini alıb.

U-19 turnir çərçivəsindəki ilk iki görüşdə Rusiyaya 0:7, Belarusa isə 1:2 hesabı ilə uduzub. Bununla komandamız yarışı sonuncu yerdə bitirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest