AFFA İntiza Komitəsi (İK) Region Liqasında keçirilən "Ağsu Siti" – "Gənclik" (Sabirabad) oyunu ilə bağlı düzəliş edib. Matc.az saytının məlumatına görə, İK sərt qərarlarla yadda qalıb.

"Gənclik" komandasının futbolçusu Amid Zeynalov 58-ci dəqiqədə hakimi söyüb, qırmızı vərəqə ilə cəzalandıqdan sonra ona qarşı fiziki güc tətbiq edib. Bu səbəbdən oyunçuya 10 oyunluq cəza kəsilib.

Həmin komandanın digər üzvü Elmar İsgəndərov isə sona yaxın referinin ünvanına təhqir səsləndirdiyi üçün qırmızı vərəqə alıb və meydanı tərk edən zaman hakimə qarşı fiziki güc tətbiq etməyə çalışıb. Bu isə onun 5 matçlıq diskvalifikasiyaya məruz qalmasına səbəb olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest