Bu gün AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib. Matc.az saytının məlumatına görə, qurum Topaz Premyer Liqasının XIX turunun bir görüşündəki neqativ hallara hüquqi qiymət verib.

Belə ki, "Neftçi" – "Sabah" oyununda ev sahiblərinin 6 futbolçusu sarı vərəqə aldığı üçün klub 800 manat cərimə olunub.

84-cü dəqiqədə ikinci sarı vərəqə alaraq, meydandan qovulan "ağ-qaralar"ın müdafiəçisi Məhəmməd Mirzəbəyov isə qarşıdakı oyunu buraxacaq. O, eyni zamanda klubunu 200 manat ziyana salıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest