Futzal üzrə Yüksək Liqanın təqvimində dəyişiklik edilib. Matc.az saytı xəbər verir ki, Azərbaycan Futzal Federasiyası (AFF) millinin oyunları ilə əlaqədar bu addıma əl atıb.

Belə ki, yığmamız aprelin 10-dan 17-dək Latviya və Serbiya milliləri ilə beynəlxalq yoldaşlıq oyunları keçirəcək. Bunu nəzərə alan AFF çempionatın təqvimində dəyişiklik edib.

Belə ki, 24-cü, 25-ci, 26-cı və 27-ci turun oyunları əvvəlcədən nəzərdə tutulduğu kimi aprelin 5-də, 12-də, 19-da və 26-da yox, müvafiq olaraq aprelin 2-də, 6-da, 23-də və 27-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest