"Real" azarkeşləri Beylin gələcək illərdəki qollarını müzakirə edəcək. Açığı, özlərindən utanmalıdılar. Beyl böyük hörmətə layiqdi. Onu tənqid etməkdən utanmalıdılar"

Qaret Beylin "Real" azarkeşləri tərəfindən tənqid edilməsi futbolçunun meneceri Conatan Barnetti qəzəbləndirib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, o, uelslinin buna layiq olmadığını söyləyib.

Agent Beylin "Real"da qalacağını da vurğulayıb: "Real" azarkeşləri Beylin gələcək illərdəki qollarını müzakirə edəcək. Açığı, özlərindən utanmalıdılar. Beyl böyük hörmətə layiqdi. Onu tənqid etməkdən utanmalıdılar. İspaniyada keçirdiyi 6 ildə mümkün olan hər şeyi qazanıb. Dünyanın ən güclü futbolçularından biridi. Azarkeşlər onun ayağından öpməlidilər. Mətbuatda yazıldığının əksinə, klub Qaretdən məmnundu. Onun digər oyunçularla da problemi yoxdu. Bunu yazan insanlar heç nə bilmirlər. Beylin "Real"ı tərk etməsi ilə bağlı söhbət olmayıb. O, bu yay heç yerə getməyəcək".

Qeyd edək ki, İspaniya KİV-i Qaret Beylin yayda satılacağını iddia edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest