Futbol üzrə I divizionda XV tura yekun vurulub. Matc.az saytının məlumatına görə, son gündə bir görüş baş tutub.

"Qarabağ"ın ikinci komandası sonuncu pillədə qərarlaşan "Zirə-2" ilə üz-üzə gəlib. Ağdam təmsilçisi rəqib qapısından 4 cavabsız top keçirib ki, əsas komandanın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı dubla imza atıb.

Bununla xallarının sayını 29-a çatdıran "Qarabağ-2" turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.

 

I divizion

XV tur

"Qarabağ-2" - "Zirə-2" - 4:0

Qollar: Xaqani Sadıxov, 29; Elvin Cəfərquliyev, 63 (pen.); Musa Qurbanlı, 76, 81

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest