Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən yaxşı bombardirlərinin siyahısını açıqlayıb. Matç.az saytı xəbər verir ki, cədvəldə milli komanda və qitə miqyaslı klub turnirlərində ən çox qol vuranlar yer alıb.

İlin arxada qalan iki ayının nəticələrini dərc edən İFFHS-ın siyahısına Qətər yığmasının və yerli "Əl-Duhail" klubunun hücumçusu Ali Almoez başçılıq edir. O, 9 dəfə fərqlənib ki, bunun hamısını yığmanın heyətində vurub.

İkinci yerdə Yeni zelandiyalı Ross Allen qərarlaşıb. O, klubu "Vellinqton"un forması altında 7 qola imza atıb.

İlk "üçlüy"ü Taiti millisinin forvardı Silvain Qraqlia qapayıb. "Central Sport" klubunun üzvü buna klubunda vurduğu 5 qolla nail olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest