"İcraiyyə Komitəsinin iclasında Tovuz Akademiyası yaradılması, VAR sistemi ilə bağlı danışıldı. Bir az pozitiv fikirlər oldu. Bir də bəzi məsələlər müzakirə olundu". Matc.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

O, AFFA İcraiyyə Komitəsinin (İK) iclası bərədə məlumat verib. Millidən ayrıldıqdan sonra İK-dan da getmək istədiyini bildirən mütəxəssis bu dəfə belə bir danışığın olmadığını deyib.

Qurbanov yığmanın yeni baş məşqçisi Nikola Yurçeviçlə görüşlərindən də danışıb: "Qısa olaraq bəzi futbolçular barədə söhbət etdik. Klubun düşərgəsinə gəlmək istədi. Yəqin ki, martın 6-7-də bu reallaşacaq. Futbolçularla görüşmək istədiyini dedi və mən də bildirdim ki, mən tərəfdən hansısa köməklik lazım olsa, hazıram. Komandamıza simpatiyasını göstərdi. Hər halda, milliyə, futbolçulara kömək etmək borcumuzdu".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest