"Əvvəl Türkiyə milli komandasının heyətində Bakıya gəlmişdim. Səhv etmirəmsə, 7 il əvvələ təsadüf edir bu tarix". Matc.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə yığmasının sabiq futbolçusu Nihat Kahveci deyib.

Millimizlə 7 il əvvəlki qarşılaşmanı xatırlayan Nihat bildirib ki, Azərbaycan milli komandasına qarşı köhnə stadionda oynamışdıq: "Dünən hava limanından bəri görürəm ki, Bakı o gündən çox inkişaf edib, dəyişib. Dünən Ulduzlar Qarşılaşmasında iştirak etdim, yaxşı oyun oldu. Futbola ölkənizdə böyük dəstək var. Bu il Avropa Liqasının finalının Bakıda keçirilməsi ölkəniz üçün çox böyük şansdı. Belə böyük turnir vasitəsilə Azərbaycan daha da dünyada tanına bilər. Avropa Liqasında bu il çox güclü klublar - "Arsenal", "Napoli", çelsi, "Benfika", "Villareal" və "Valensiya" kimi klublar var. Sanki bu yarış çempionlar Liqasıdı. Buna görə də çox şanslı olduğunuzu düşünürəm. Bakıda gözəl bir final baş tutacaq. Dünən bura gəldiyimizdən bəri yaxşı qarşılandıq, yaxşı vaxt keçirdik.  Buna görə də ölkə prezidenti cənab İlham Əliyevə, AFFA-nın prezidentinə və azərbaycanlı qardaşlarıma öz minnətdarlığımı bildirirəm. Burda olmaqdan xoşbəxtəm".

- Avropa Liqasında favorit komandanız hansıdı?

- İstəyərdim ki, finala Türkiyə komandalarından biri yüksəlsin, təəssüf ki, klublarımız mübarizəni dayandırdı. Düşünürəm ki, finalda İspaniya komandalarından biri olacaq. Əgər onlar növbəti mərhələlərdə bir-birilərinə rəqib olmasalar, böyük ehtimalla finalda azı 1 İspaniya təmsilçisi olacaq.

- Sabiq klubunuz "Villareal"ın şanslarını necə qiymətləndirirsiniz?

- "Villareal" İspaniya liqasında çətin günlər keçirir. Düşünürəm ki, onların əsas məqsədi liqada qalmaq olacaq. Yəqin ki, Avropa Liqasının finalına qədər irəliləməyə gücləri çatmayacaq. Bu mərhələyə qədər yüksəlmələri də onlar üçün yaxşı nəticədir.

- Dünən, Ulduzlar qarşılaşmasında sabiq komanda yoldaşınız, Kovaçeviçi axtarmadınız?

- Əgər istəsəydilər, mən onu da Bakıya gətirərdim. Belə görürəm ki, mən "Real Sosiedad"da oynadığım vaxt oyunları sizin ölkədə göstəriblər deyə, burada çoxlu azarkeşlərimiz var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest