"Təbliğat xarakterli qarşılaşma idi və maraqlı alındı. Avropa Liqasının finalında "Çelsi"ni görmək istərdim"

"çox maraqlı səfər oldu. Sevinirəm ki, belə bir tədbirə dəvət aldım və düzgün qərar verərək bu ölkəyə gəldim". Matc.az xəbər verir ki, bunu  İngiltərənin "çelsi" klubunun sabiq futbolçusu Maykl Essyen AFFA-nın Növbəti Hesabat Konfransından sonra söyləyib.

Avropa Liqasının final oyunu ilə əlaqədar "Bakı 2019: Ulduzlar finalı" adlı qarşılaşmaya da qatılan qanalı yarımmüdafiəçi həmin matç barədə də danışıb. O, dünənki oyunun daha çox şou üçün nəzərdə tutulduğunu vurğulayıb: "Təbliğat xarakterli qarşılaşma idi və maraqlı alındı. Avropa Liqasının finalında "çelsi"ni görmək istərdim. Həlledici oyunda Bakıda olmağa çalışacağam".

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest