"Bütün işlərimizdə FİFA-nın dəstəyini hiss edirəm. Bizə göstərdiyi etimada görə, UEFA-ya da minnətdarlıq edirəm. Bu etimadı yüksək səviyyədə doğruldacağımıza inanırıq. Başda ölkə başçısı olmaqla, bütün futbol ictimaiyyəti bunun üçün əlindən gələni edir".
 
Matc.az saytı xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.
 
O, daha sonra bu il və gələn illə bağlı arzularını bildirib: "İnanıram ki, klublarımız növbəti mövsüm avrokuboklarda öz sözünü deyəcək, yaxşı çıxış edəcək. Millimizi də çətin sınaq gözləyir. Novruz bayramında ilk oyunumuzu Xorvatiyaya qarşı keçirəcəyik. Komandamıza uğurlar arzulayıram. İnanıram ki, ötənilki uğursuzluğu bizə unutduracaqlar. AVRO-2020-dəki seçmə mərhələdə uğurlu çıxış etməyə çalışmalıyıq. Düşünürəm ki, 2019-cu il bizim üçün uğurlu olacaq bə "Birlikdə güclüyük" devizimiz həyata keçəcək".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest