"Bu turnirdə missiyamızı başa vurduğumuzu düşünmürəm". Matç.az saytıın məlumatına görə, bunu Malta yığmasının müdafiəçisi Andrei Aqius deyib.

32 yaşlı futbolçu yerli mətbuata açıqlamasında Millətlər Liqasında Azərbaycan millisi ilə keçirilən səfər qarşılaşmasını dəyərləndirib. Aqius Bakıda 1:1 hesablı heç-heçəyə layiq çıxış etdiklərini söyləyib: "Fikrimcə, bu bərabərliyə layiq idik. çünki Kosovo ilə qarşılaşmadan fərqli bu dəfə taktiki cəhətdən daha təşkilatlanmış oyun göstərdik və müdafiədə etibarlı olduq. Yeni baş məşqçi və texniki heyət bizə daha çox özünəinam aşılayır. Millətlər Liqasındakı son iki oyun bizim üçün olduqca vacibdi. Həm Kosovo, həm də Farer adaları ilə görüşlərdə xal qazanmağa çalışacağıq. Hətta Farer adaları ilə matçda qrup üçüncülüyünə yüksəlmək imkanımız olacaq".

Qeyd edək ki, Malta yığması gələn ay həm Kosovo, həm də Farer adaları ilə oyunu öz meydanında keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest