Turnir tarixində ilk dəfə bir komanda (Argentina) 5 dəfə penaltidən yararlanıb, həmçinin final görüşündə qapılara üç 11 metrlik cərimə zərbəsi təyin olunub.

Qətərdə keçirilən dünya çempionatında penaltilərlə bağlı yeni rekordlar qeydə alınıb. Matc.az xəbər verir ki, ötən gün başa çatan mundialda beş oyunun qalibi 11 metrlik zərbələrdən sonra bəlli olub.
 
İndiyədək heç bir turnirdə belə hal gerçəkləşməyib. Pley-offda Xorvatiya - Yaponiya, Mərakeş - İspaniya, 1/4 final mərhələsində Argentina - Niderland, Xorvatiya - Braziliya və finalda Argentina - Fransa matçları bu cür sonluqla bitib.
 
Bundan əlavə, Argentina millisinin ulduz futbolçusu Lionel Messi də 11 metrlik cərimə zərbəsi sayında rekordlar müəyyənləşdirib. 35 yaşlı hücumçu bir yarışda əsas və əlavə vaxtda ən çox penalti (5) yerinə yetirən yeganə oyunçu olub. Bundan əlavə, o, ümumi sayı 6-ya çatdıraraq ingiltərəli Harri Keyni (5) geridə qoyub.
 
Turnir tarixində ilk dəfə bir komanda (Argentina) 5 dəfə penaltidən yararlanıb, həmçinin final görüşündə qapılara üç 11 metrlik cərimə zərbəsi təyin olunub.
 
Xatırladaq ki, Cənubi Amerika təmsilçisi həlledici qarşılaşmada Fransanı məğlubiyyətə uğradıb – 3:3, penaltilər - 4:2.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest