"Bu isə 4 il əvvəl Rusiyada təşkil olunmuş dünya çempionatındakı gəlirdən 1 milyard dollar çoxdur"

FİFA-nın Qətərdə keçirilən dünya çempionatında əldə etdiyi gəlir bəlli olub. Matc.az xəbər verir ki, bu barədə ali futbol qurumunun prezidenti Canni İnfantino mətbuat konfransında açıqlama verib.
 
O bildirib ki, cari mundialdan qazanılan vəsait 10,5 milyard dollar təşkil edib: "Bu isə 4 il əvvəl Rusiyada təşkil olunmuş dünya çempionatındakı gəlirdən 1 milyard dollar çoxdur".
 
Xatırladaq ki, Dç-2022-yə dekabrın 18-də Argentina və Fransa yığmaları arasında keçiriləcək final oyunu ilə yekun vurulacaq. Dekabrın 17-də isə Xorvatiya və Mərakeş seçmələri 3-cü yer uğrunda matçda üz-üzə gələcəklər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest