"Əlbəttə ki, oyunçumuzun qırmızı vərəqə alması bizə mane olur. Məncə, bu, ədalətli qərar deyildi. Əsas odu ki, sona qədər dözdük və hər şey yaxşı nəticələndi. Əsl xarakter nümayiş etdirdik. Növbəti matça daha yaxşı hazırlaşacağıq və bu dəfə məqsədimiz qələbə qazanmaq olacaq.

 "Final fitindən sonra rahatladıq. 10 futbolçu ilə qaldığımızdan, matçın sonlarında çox yorulmuşduq və bu, aşkar hiss olunurdu. Yaxşı ki, hesabı bərabərləşdirdik. Amma təəssüf ki, qələbə qazana bilmədik". Matc.az saytı xəbər verir ki, bunu "Krılya Sovetov"un hücumçusu Ramil Şeydayev deyib.

Rusiya Premyer Liqasında qış fasiləsindən sonrakı ilk oyununda səfərdə "Lokomotiv"lə bərabərə qalan (2:2) Samara təmsilçisinin ikinci qoluna 69-cu dəqiqədə məhz Azərbaycan millisinin forvardı imza atıb.

Şeydayev klubun rəsmi saytına açıqlamasında uzun müddət azlıqda çıxış etməyin onlara böyük problem yaratdığını söyləyib: "Əlbəttə ki, oyunçumuzun qırmızı vərəqə alması bizə mane olur. Məncə, bu, ədalətli qərar deyildi. Əsas odu ki, sona qədər dözdük və hər şey yaxşı nəticələndi. Əsl xarakter nümayiş etdirdik. Növbəti matça daha yaxşı hazırlaşacağıq və bu dəfə məqsədimiz qələbə qazanmaq olacaq. İlk görüş hər zaman çətin olur. Getdikcə artıracağıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest