Rəşad Sadıqovun yetirmələri son turda Norveçlə görüşüb. Bu matç sonuncu yeri rəsmiləşən millimiz üçün formal xarakter daşıyıb.

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində son turun oyunları keçirilir. Matç.az saytı xəbər verir ki, Azərbaycan yığmasının mübarizə apardığı 5-ci qrupda mübarizəyə yekun vurulub.

Rəşad Sadıqovun yetirmələri son turda Norveçlə görüşüb. Bu matç sonuncu yeri rəsmiləşən millimiz üçün formal xarakter daşıyıb.

Hesabında qələbə olmayan yığmamız meydana təsəlli xarakterli qələbə üçün çıxıb. Səfərdə oynayan komandamız artıq 9-cu dəqiqədə penaltidən hesabı açıb. Fəhmin Muradbəyli fərqlənib.

Amma millimiz üstünlüyünü qoruya bilməyib. Matçın sonlarında qol buraxan Sadıqovun komandası 1 xalla kifayətlənib. Nəticədə qələbə nə olduğunu bilməyən yığmamız seçmə tsikli sonuncu pillədə başa vurub.

U-21-lər arasında Avropa çempionatının seçmə mərhələsi

V qrup

16 oktyabr

İsrail - Kosovo – 3:0

Almaniya – İrlandiya – 2:0

Norveç – Azərbaycan - 1:1

Qollar: Leo Ostiqard, 76 - Fəhmin Muradbəyli, 9-p.

Drammen. "Marinlist" stadionu. Hakimlər: Volen çinkov, Deniz Sokolov, Miroslav Maksimov, Nikolay Yordanov (hamısı Bolqarıstan)

Norveç: 1. Sondre Rossbax, 2. Julian Ryerson, 5. Ulrik Yenssen, 6. Vibyorn Hoff, 8. Morten Torbsi (k), 9. Birk Risa, 11. Tobias Heynts, 15. Nikolas Mixelson, 6. Tobias Borkyeit, 17. Dennis Yonsen, 19. Leo Ostiqard

Ehtiyat oyunçular: 12. Vilyar Mihra, 3. Andreas Hançe-Olsen, 4. Fredrik Knudsen, 7. Morten Konradsen, 13. Martin Samuelsen, 18. Erlinq Braut Haland

Baş məşqçi: Leyf Qunnar Smerud

Azərbaycan: 12. Kamran İbrahimov, 2. Sərtan Taşkın, 3. Anton Krivotsyuk, 4. Bəhlul Mustafazadə (k), 6. Hacıağa Hacılı, 8. Budaq Nəsirov, 9. Fəhmin Muradbəyli, 11. Barış Ekincier, 15. ömər Buludov, 19. Eltun Turabov, 20. Yusif Nəbiyev

Ehtiyat oyunçular: 22. Aydın Bayramov, 5. Elvin Sərkərov, 7. Fərid Nəbiyev, 10. Qismət Alıyev, 16. İsmayıl İbrahimli, 17. Ozan Can Kökcü, 18. Amin Seydiyev  

Baş məşqçi: Rəşad Sadıqov

1.

Almaniya

10

8

1

1

33-7

25

2.

Norveç

10

4

3

3

15-13

15

3.

İrlandiya

10

4

2

4

12-15

14

4.

İsrail

10

4

2

4

17-18

14

5.

Kosovo

10

3

3

4

9-12

12

6.

Azərbaycan

10

0

3

7

6-27

3

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest