UEFA-nın Gənclər Liqasında çempionlar yoluna start verilib. Matç.az saytı xəbər verir ki, Azərbaycanın yarışdakı təmsilçisi "Qəbələ" ilk oyununu keçirib.

Mübarizəyə I mərhələdən qoşulan "qırmızı-qaralar" Moldova çempionu "Şerif" komandasını qəbul edib. Qəbələ şəhər stadionunda keçirilən görüşdə qollu sülh qeydə alınıb – 1:1.

Hesabı Tiraspol təmsilçisi açsa da, Emin İmaməliyevin baş məşqçisi olduğu U-19 fasilədən sonra bərabərlik qolunu vurub. Təmsilçimizin qoluna Əli Sadıxov imza atıb.

Qeyd edək ki, "Qəbələ" və "Şerif" arasında cavab oyunu oktyabrın 24-də baş tutacaq.

UEFA Gənclər Liqası

çempionlar yolu

I mərhələ, ilk oyun

3 oktyabr 

 

"Qəbələ" (Azərbaycan) – "Şerif" (Moldova) - 1:1

Qollar: Əli Sadıxov, 57 (p.) - Danila İqnatov, 31 

Hakimlər: Giorgi Kruaşvili, Zaza Menteşaşvili, Zaza Pipiya (hamısı Gürcüstan), İnqilab Məmmədov (Azərbaycan)

Qəbələ şəhər stadionu

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest