"Hoverla"nın o vaxtkı baş məşqçisi Vyaçeslav Qroznıdan hələ də acıqlı olduğunu söyləyən Taşin təlim-məşq toplanışındakı yaşananları isə belə izah edib: "Uşaqlarla bir yerdə oturmuşduq, baş məşqçi Vyaçeslav Qroznı zəng vurdu".

Almaniyanın II Bundesliqa klubu "Duysburq"un formasını geyinən ukraynalı futbolçu Boris Taşinin karyerasını Azərbaycanda davam etdirmək variantı olub. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, bunu 26 yaşlı yarımmüdafiəçi özü müsahibəsində bildirib.

2013-cü ilin yayında Moskva "Dinamo"sundan "Hoverla"ya icarəyə verilən Ukrayna gənclər millisinin sabiq üzvü həmin vaxt başına gələn maraqlı bir hadisəni bölüşüb. "Hoverla"nın o vaxtkı baş məşqçisi Vyaçeslav Qroznıdan hələ də acıqlı olduğunu söyləyən Taşin təlim-məşq toplanışındakı yaşananları isə belə izah edib: "Uşaqlarla bir yerdə oturmuşduq, baş məşqçi Vyaçeslav Qroznı zəng vurdu. Həmişəki kimi, ağıllı şəkildə danışmağa başladı: "Borya, axşamın xeyir, nə edirsən? Qulaq as, sən bizimlə toplanışa getməyəcəksən. İstəyirsən, Azərbaycan, Qazaxıstan və ya özbəkistanda özünə klub tap. Məni başa düşürsən? Təşəkkür etməyə ehtiyac yoxdu". Daha sonra komanda toplanışa getdi, mən isə əvəzedici komandaya yollandım. Yanğınsöndürənlərin təlim ərazisində məşq edirdik. Zarafat eləmirəm. Onlar nərdivanla çıxıb-düşürdülər, biz də yaxınlıqda idik. Beş gündən sonra Ujqorod meşəsinə yollandıq. Səhər 7-də məşqçi fiti çalırdı, biz də təpəyə doğru qaçırdıq. Həmin vaxt bu cür toplanışla qarşılaşmışdım".

Qeyd edək ki, "çernomorets"in yetirməsi olan Boris Taşin 2014-2017-ci illərdə "Ştutqart"ın formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest