21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının sabiq məşqçisi Vladislav Yanuş özünə yeni komanda tapıb. Matc.az saytının Bolqarıstan mətbuatına istinadən məlumatına görə, 38 yaşlı mütəxəssis fəaliyyətini bu ölkədə davam etdirəcək.

Belə ki, o, ikinci liqa təmsilçisi "Arda" ilə anlaşıb. Yanuş yeni klubunda Stoyço Stoyevin köməkçisi vəzifəsində çalışacaq.

Qeyd edək ki, 2017-ci ilin dekabrında U-21 millimizdə keçmiş baş məşqçi Rəşad Sadıqovun köməkçisi təyin olunan Yanuşla ötən ilin sonunda yollar ayrılmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest