"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli yenidən Albaniya millisinə çağırıla bilər. Veteran futbolçunun Topaz Premyer Liqasının XVIII turunda "Sabah"la oyundakı performansı həmkarlarımızın diqqətindən yayınmayıb.

"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli yenidən Albaniya millisinə çağırıla bilər. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, veteran futbolçunun Topaz Premyer Liqasının XVIII turunda "Sabah"la oyundakı performansı həmkarlarımızın diqqətindən yayınmayıb.

Təsadüfi deyil ki, 1:1 hesabı ilə nəticələnən qarşılaşmadan sonra Aqolli turun oyunçusu seçilmişdi. Bunu xüsusi vurğulayan yerli KİV sabiq kapitanın çağırılması üçün baş məşqçi Kristian Panuççiyə təzyiq göstərir: "Millinin hələ də Aqolliyə ehtiyacı var. Yaşının çox olması isə oyununda hiss olunmur. Panuççi onun xidmətindən yararlana bilər".

Qeyd edək ki, 37 yaşlı Ansi Aqolli 2012-ci ildən "Qarabağ"ın formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest