Bakıda "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbində yanğın baş verib. Matc.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhərinin Binəqədi rayonunda futbol məktəbində yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. İlkin məlumata görə, məktəbin idman zalının dam örtüyü yanıb. Yanğın artıq söndürülüb.

Təhsil nazirinin müavini, "Sabah" futbol klubunun Müşahidə Şurasının sədri Firudin Qurbanov Bakıda yanğın baş verən "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbinin yerləşdiyi əraziyə gedib. "Report"un məlumatına görə, nazir müavini əraziyə baş çəkib, yanğınla bağlı məlumat alıb.

"FHN əməkdaşları yanğının qısaqapanmadan baş verdiyini bildirdilər", - nazir müavini deyib. Onun sözlərinə görə, yanğın zaman xəsarət alan olmayıb. 

Qeyd edək ki, yanğın baş verən məktəblə "Sabah" futbol klubu əməkdaşlıq edir. Yanğın artıq söndürülüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest