"Los-Anceles Qalaksi" klubu yeni mövsüm üçün kapitanını seçib. Matc.az saytı xarici mətbuata istinadən xəbər verir ki, ABŞ klubunda sarğını isveçli ulduz Zlatan İbrahimoviç daşıyacaq.

Klub bu barədə rəsmi saytı vasitəsilə məlumat yayıb. Komanda MLS liqasında mövsümün ilk oyununu sabah "çikaqo"ya qarşı keçirəcək.

Qeyd edək ki, 38 yaşlı İbrahimoviç ötən ilin əvvəlindən "Los-Anceles Qalaksi"də çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest