"Rəqib çox pis oynadı, bəzən isə kobud. Buna baxmayaraq, qızlarımızın bütün komponentlərdə qalib gəlməsi bizi sevindirdi. Fiziki və funksional hazırlıq baxımından bizim qızlar daha yaxşı səviyyədə idi".

"Qələbə hər zaman gözəldi. üstəlik, bunu 7 qol vuraraq əldə etdik. Əlverişsiz hava şəraitinə baxmayaraq, futbolçularımız ikinci hissədə də qollarının sayını artırmağa çalışdılar". Matc.az saytı xəbər verir ki, bunu 19 yaşadək futbolçulardan ibarət Rusiya yığmasının baş məşqçisi Valentin Qavva deyib.

Rusiyanın Soçi şəhərində təşkil edilən "Kuban Baharı" turnirinin ilk görüşündə meydan sahibləri azərbaycanlı həmyaşıdları üzərində 7:0 hesablı qələbə qazanıblar.

Rusiya Futbol İttifaqının rəsmi saytına danışan Qavva komandamızın kobud oynamasından şikayətlənib: "Rəqib çox pis oynadı, bəzən isə kobud. Buna baxmayaraq, qızlarımızın bütün komponentlərdə qalib gəlməsi bizi sevindirdi. Fiziki və funksional hazırlıq baxımından bizim qızlar daha yaxşı səviyyədə idi. Matçdan əvvəl də rəqibi təhlil etmişdik. Azərbaycanlı qızlar Avropa çempionatının I seçmə mərhələsində layiqli çıxış etmişdilər. Görünür, səfər və hava şəraiti onlara mənfi təsir edib. Fikrimcə, Azərbaycan növbəti matçda daha yaxşı oynayacaq. Ancaq bu gün meydanda güclü olan tərəf biz idik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest