"Sabah" heyətinə daha bir futbolçu qatıb. Matc.az saytı xəbər verir ki, bu barədə Ekvador mətbuatı məlumat yayıb.

Bildirilir ki, bu ölkənin yığma komandasının müdafiəçisi Anibal çala Topaz Premyer Liqasının debütantı ilə anlaşıb. Dünən Azərbaycana gələn 23 yaşlı sol cinah oyunçusu bu gün yeni komandası ilə münasibətləri rəsmiləşdirəcək. Onun son klubu ölkəsində "LDU Kito" olub.

Qeyd edək ki, ötən ildən Ekvador yığmasına çağırılan Anibal çala millinin heyətində 2 oyun keçirib. çala sol cinahda müdafiə ilə yanaşı, yarımmüdafiədə də oynamağı bacarır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest