Qətərdəki dünya çempionatında Səudiyyə Ərəbistanı ilə oyunda gözlənilməz məğlubiyyətlə (1:2) üzləşən Argentina millisi ötən gün baş tutan Meksika yığması ilə ikinci oyunundan qalib ayrılmağı bacardı. Matc.az xəbər verir ki, hazırda C qrupunda 4 xalı olan Polşa yığması vahid liderdirsə, Argentina və Səudiyyə Ərəbistanının 3 xalı var. Meksika isə 1 xalla sonuncu pillədə qərarlaşıb.

Bəs, son turda hansı nəticələr bu komandaları pley-offa çıxaracaq və ya evlərinə göndərəcək? Hazırda bütün komandaların 1/8 finala yüksəlmək şansı var. Son turda Polşa Argentina yığması ilə üz-üzə gələcəksə, Səudiyyə Ərəbistanı Meksika ilə qarşılaşacaq.

Polşa Argentinaya qalib gəlsə, növbəti mərhələyə lider kimi adlayacaq. Bunun üçün Avropa təmsilçisinə heç-heçə də bəs edə bilər. Lakin Səudiyyə Ərəbistanı da Meksikanı üstələsə, o zaman asiyalılar ikinci, avropalılar isə ikinci yerlə 1/8 finala çıxacaq.

Polşalılar son turda məğlub olacaqları halda da mərhələ adlaya bilərlər. Amma bunun üçün ilk növbədə Argentinaya minimal hesabla uduzmaq, üstəlik, ərəblərin Meksikaya qalib gəlməməsini və ya böyük hesabla uduzmalarını arzulamaq lazım gələcək.

Argentina isə Polşaya qalib gəlsə, böyük ehtimalla qrup lideri kimi mərhələ adlayacaq. Buna yalnız Səudiyyə Ərəbistanının Meksikaya böyük hesabla qalib gəlməsi mane ola bilər. O zaman ərəblər birinci, argentinalılar ikinci yerlə növbəti mərhələyə yüksələcəklər. Polşa – Argentina matçı heç-heçə bitəcəyi halda, digər oyunun nəticəsi böyük önəm kəsb edəcək. Meksika yığması Səudiyyə Ərəbistanına dörd cavabsız qol və ya daha böyük hesabla qalib gəlsə, növbəti mərhələyə onlarla birgə Polşa seçməsi vəsiqə qazanacaq. Argentinanın Polşa ilə heç-heçəsi müqabilində Səudiyyə Ərəbistanı istənilən hesablı qələbə sayəsində mərhələ adlayacaq. Meksika isə son turda hətta Səudiyyə Ərəbistanına qalib gəlsə belə, qrupda qala bilər. Çünki onların top fərqi ürəkaçan deyil və bunun üçün mütləq böyük hesabla qalib gəlməyə ehtiyac var.
 

N

k

o

q

h

m

t

x

1

Polşa

2

1

1

0

2-0

4

2

 Argentina

2

1

0

1

3-2

3

3

 S.Ərəbistanı

2

1

0

1

2-3

3

4

 Meksika

2

0

1

1

0-2

1

 

Qeyd edək ki, DÇ-2022-də xallar eyni olduqda ilk növbədə top fərqinə baxılır.

Polşa – Argentina və Səudiyyə Ərəbistanı – Meksika oyunları noyabrın 30-da keçiriləcək. Hər iki oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest