"çelsi"nin yarımmüdafiəçisi Eden Azar komandada qala bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "zadəganlar" ulduz futbolçuya yeni müqavilə təklif edib.

Azar "Real"ın transfer gündəmində olsa da, "kral klubu" hələlik rəsmi təklif göndərməyib. Futbolçu özü də dəfələrlə "Real"ın formasını geyinmək arzusunu etiraf edib. Ancaq londonlular ona yeni uzun müddətli sözləşmə təklif edib və artıq danışıqlara start verilib. FİFA tərəfindən transfer qadağası qoyulduğundan, klub rəhbərliyi aparıcı oyunçularını saxlamaqda israrlıdı.

Qeyd edək ki, Eden Azarın "çelsi" ilə hazırkı müqavilə müddəti gələn ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest