Türkiyə millisinin yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, bunu Türkiyə Futbol Federasiyası (TFF) rəsmi saytı vasitəsilə bəyan edib.

Bildirilib ki, Mirça Luçeskunun gedişindən sonra millinin boş qalmış baş məşqçi postunu bundan sonra Şenol Günəş tutacaq. Təcrübəli mütəxəssislə artıq rəsmi anlaşma əldə edilib. O, iyulun 1-dən etibarən "ay-ulduzlular"ın sükanı arxasına keçəcək.

Cari mövsümün sonuna qədər "Beşiktaş"a rəhbərlik edəcək Günəş TFF ilə 4 illik müqavilə imzalayıb. 66 yaşlı çalışdırıcının qarşısına qoyulan hədəf komandanı AVRO-2020 və Dç-2022-nin final mərhələsinə daşımaqdı.

Qeyd edək ki, 2000-2004-cü illərdə Türkiyə yığmasını çalışdıran Şenol Günəş "ay-ulduzlular"a Dç-2002-nin bürünc medalını qazandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest