"Mançester Siti" yeni sponsorluq müqaviləsi imzalayıb. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, "şəhərlilər" "Puma" şirkəti ilə əməkdaşlığa başlayıb.

Alman brendi qarşıdakı 10 il ərzində klubun texniki sponsoru olacaq. "Puma" təkcə Premyer Liqa təmsilçisinin əsas komandasına deyil, eyni zamanda "City Football Group"un Avstraliya, İspaniya, Uruqvay və çin filiallarına da sponsorluq edəcək. Hazırda "Nike" ilə çalışan "Mançester Siti"nin "Puma" ilə anlaşması iyulun 1-dən qüvvəyə minəcək.

"Mançester Siti" bu əməkdaşlığa görə, 10 il ərzində ümumilikdə 600 milyon funt-sterlinq gəlir götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest