"Qalatasaray"ın baş məşqçisi Fatih Terimin klubdakı taleyinə aydınlıq gəlib. Təcrübəli mütəxəssis uzun müddət komandanın "sükanı arxası"nda qalacaq. Çünki 65 yaşlı çalışdırıcı ilə yeni müqavilə imzalanıb. Terimin rəhbərliklə yeni sözləşmə müddəti 5 ili əhatə edir.

"Qalatasaray"ın baş məşqçisi Fatih Terimin klubdakı taleyinə aydınlıq gəlib. Matc.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, təcrübəli mütəxəssis uzun müddət komandanın "sükanı arxası"nda qalacaq.

çünki 65 yaşlı çalışdırıcı ilə yeni müqavilə imzalanıb. Terimin rəhbərliklə yeni sözləşmə müddəti 5 ili əhatə edir. Beləliklə, 2024-cü ilin yayına qədər "Qalatasaray"a rəhbərlik edəcək baş məşqçinin illik maaşı 3 milyon avro olacaq.

Maraqlıdı ki, müqaviləyə təzminat maddəsi salınmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest