Futbol üzrə Niderland millisinin bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyəti açıqlanıb.

Matc.az xəbər verir ki, yığmanın baş məşqçisi Lui Van Qalın açıqladığı 26 futbolçudan ibarət yekun siyahıda 3 qapıçı, 9 müdafiəçi, 8 yarımmüdafiəçi və 6 hücumçu yer alıb.

Dç-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Niderland Qətər, Ekvador və Seneqalla birlidikdə A qrupunda mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest