Futbol üzrə İspaniya millisinin bu il Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyəti açıqlanıb.

Matc.az xəbər verir ki, yığmanın baş məşqçisi Luis Enrikenin açıqladığı 26 futbolçudan ibarət heyətdə 3 qapıçı, 8 müdafiəçi, 7 yarımmüdafiəçi və 8 hücumçu yer alıb.

Fransanın PSJ klubunda çıxış edən Serxio Ramos yekun heyətə daxil edilməyib.

Dç-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. İspaniya yığması, Kosta-Rika, Almaniya və Yaponiya ilə birlikdə E qrupunda mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest