"Real"ın kapitanı Serxio Ramosun İspaniya Kral Kubokunun yarımfinal mərhələsində "Barselona" ilə cavab oyunundakı hərəkəti birmənalı qaşılanmayıb. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, ulduz futbolçu rəqibin 3-cü qolundan sonra komanda yoldaşlarına xəbərdarlıq edib.

Belə ki, onun 73-cü dəqiqədə buraxılan 3-cü qoldan sonra "kral klubu"nun digər oyunçularına yaxınlaşaraq "6 qol vurmalarına imkan verməyək", deyə qışqırması kameralara düşüb. Bu isə "Real" azarkeşlərinin narazılığına səbəb olub. Onlar kapitanın erkən təslim olmasına qəzəbləniblər.

Qeyd edək ki, "Real" evdə 0:3 hesabı ilə uduzaraq, kubokda mübarizəni dayandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest