İspaniya Kral Kubokunun yarımfinal mərhələsində keçirilən "Real" - "Barselona" oyunu ikincilərin kapitanı Lionel Messi üçün əlamətdar olub. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, argentinalı superulduz karyerası ərzində "Santyaqo Bernabeu"da 11-ci qalibiyyətinə sevinib.

Bu isə rekord göstəricidi. Əvəzində "Barselona" ilə ev oyunlarında 11 dəfə yenilgiyə üzülən "Real"ın kapitanı Serxio Ramos antirekord müəllifi olub.

Qeyd edək ki, 3:0 hesablı qələbə "Barselona"nı finala daşıyıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest