"Dadaşovla yanaşı, heyətdə daha bir qolçumuz var. Kiril Akonoya sahib olmaq gözəldi. Ancaq o, hələ tam peşəkar səviyyəyə çatmayıb. Hücumlarımızın yükünü daşıya bilmir. Bu, ailə daxilində olan stressdən qaynaqlana bilər".

Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu "Proyssen" III Bundesliqada 3 oyundu qol üzünə həsrətdi. Matc.az saytının "Bild" nəşrinə istinadən məlumatına görə, bu məqam baş məşqçi Marko Antverpeni narahat edir.

çalışdırıcı açıqlamasında hücumçularının geriləməsini normal qəbul edib: "Dadaşovla yanaşı, heyətdə daha bir qolçumuz var. Kiril Akonoya sahib olmaq gözəldi. Ancaq o, hələ tam peşəkar səviyyəyə çatmayıb. Hücumlarımızın yükünü daşıya bilmir. Dadaşovun uzun müddəti qol vurmamasına gəlincə, o, bura IV liqadan gəlib. Həmçinin Azərbaycan millisinin üzvüdü. Performansında enişin olması məntiqlidi".

Qeyd edək ki, "Proyssen" hazırda 35 xalla 8-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest