Fransa kubokunda 1/4 final mərhələsi davam edir. Matc.az saytının məlumatına görə, dünən gecə 3-cü yarımfinalçı müəyyənləşib.

"Kan"ı qəbul edən "Lion" rəqibi üzərində inamlı qələbə qazanaraq, yoluna davam edib. Bununla PSJ və "Renn"dən sonra "Lion" da yarımfinala adlayıb. 1/4 final mərhələsinin martın 6-da keçiriləcək son matçında isə "Vitr"lə "Nant" üz-üzə gələcək.

 

Fransa kuboku

1/4 final

"Lion" - "Kan" - 3:1

Denayer, 26; Korne, 49; Depay, 84 - Ninqa, 78

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest