İspaniya Kral Kubokunun yarımfinal mərhələsində "Real"ı səfərdə 3:0 hesabı ilə məğlub edən "Barselona" finala yüksəlib. Matc.az saytının məlumatına görə, bu, Kataloniya təmsilçisinin "El Klasiko"larda 95-ci qələbəsi olub.

Bununla "Barsa" qələbə sayında əzəli rəqibinə çatıb. ümumiyyətlə, tarix boyu bu komandalar arasında 241 rəsmi oyun olub ki, bunun 51-də bərabərlik qeydə alınıb. Qol sayında "Real"ın kiçik üstünlüyü var - 403:398.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest