"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Barselona"da keçirdiyi illəri hələ də unuda bilmir. Matç.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis Kataloniya klubu ilə xoş xatirələrinin olduğunu söyləyib.

O, "Barselona"da yaşadıqlarını əvəzsiz sayır: "Barselona"nı nortalji hisslərlə xatırlayıram. Həyatda bir dəfə olan möhtəşəm bir təcrübə idi".

Qvardiola "Barselona"nın kapitanı Lionel Messi barədə də maraqlı bənzətmə edib: "Leo təbiətcə özünə qapalı, eyni zamanda rəqabətçi heyvandı. Komanda yoldaşlarının da rəqabətçi olmasına şərait yaradır. Məğlubiyyətdən nifrət edir, hələ də uşaq kimi oynayır. Ən önəmli anlarda komanda yoldaşlarından yardım alanda fərq yarada bilir".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest