Premyer Liqa klubu "Qəbələ" yoxlama görüşündə qüvvəsini sınayıb. Matc.az saytı xəbər verir ki, "qırmızı-qaralar" Region Liqasında mübarizə aparan "FC Baku" ilə üz-üzə gəlib.

Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutan görüş gözlənilmədən "FC Baku"nun qələbəsi ilə nəticələnib. Eltun Hüseynov və Murad Səttarlının fərqləndiyi matçda "Qəbələ" 0:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, "Qəbələ" Topaz Premyer Liqasının növbəti turunda martın 3-də "Zirə"nin qonağı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest