Sabah 21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çem­pio­na­tının seçmə mərhələsinə yekun vurulacaq. Matç.az saytının məlumatına görə, qrup­larda son oyunlar keçiriləcək.

V qrupda yer alan Azərbaycan millisinin son görüşü səfərdə olacaq. Rəşad Sadıqovun yetirmələri Drammendə Norveçin qonağı olacaq. Başa çatmaqda olan tsikli biabırçı şəkildə keçirən yığmamız qapını möhkəm çırpmağa çalışacaq. Təbii ki, meydan sahibləri oyunun aşkar favoritidi. Hər halda qrup sonuncusu olan və 9 oyunda qələbə üzünə həsrət qalan Azərbaycan yığmasının Skandinav ölkəsindən xalla dönməsi inandırıcı görünmür. İstənilən halda, Sadıqovun komandası qrupu sonuncu pillədə ta­mam­la­ya­caq.

Oktyabrın 12-də Almaniyaya məğlub olaraq, liderlik imkanını qaçıran norveçlilərin ən yaxşı ikincilərdən biri qismində qitə birinciliyinə vəsiqə şansı da, demək olar ki, qalmayıb.

 

Avropa çempionatının seçmə mərhələsi

V qrup

16 oktyabr

20:15. Norveç (U-21) – Azərbaycan (U-21)

Hakimlər: Volen çinkov, Deniz Sokolov, Miroslav Maksimov, Nikolay Yordanov (hamısı Bolqarıstan)

Drammen. "Marinlist" stadionu

 

1.

Almaniya

9

7

1

1

31-7

22

2.

Norveç

9

4

2

3

14-12

14

3.

İrlandiya

9

4

2

3

12-13

14

4.

Kosovo

9

3

3

3

9-9

12

5.

İsrail

9

3

2

4

14-18

11

6.

Azərbaycan

9

0

2

7

5-26

2

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest