"Zirə" Topaz Premyer Liqasındakı uğurlu seriyalarını 3 oyuna çatdırıb. Matc.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, "Səbail" (2:0) və "Neftçi" (0:0) ilə əvvəlki iki turun matçlarında qol buraxmayan bakılılar Sumqayıt səfərindən də xalla dönüb.

XVIII turda rəqib meydanında "Sumqayıt"ı 1:0 hesabı ilə məğlubiyyətə uğradan komanda ardıcıl 3 oyundu məğlubiyyət və buraxılan qol görmür. Bu quru seriya nəticəsində "Zirə"nin tarixindəki belə oyunların sayı yubiley həddinə çatıb. İndiyədək 156 rəsmi matça çıxan "Zirə" 60-cı dəfə meydanı qol buraxmadan tərk edib.

Bu quru oyunların 38-si Premyer Liqa, 16-sı I divizion, 4-ü Azərbaycan kuboku, 2-si Avropa Liqasına təsadüf edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest