Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bu gün AFFA-nın əməkdaşları Xətai rayonu ərazisində faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib. Matc.az xəbər verir ki, həmçinin 19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının üzvləri də ziyarətçilər arasında olub.

AFFA-nın baş katibi Elxan Məmmədov və Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun başçılıq etdiyi nümayəndə heyətində əsas millimizin yeni baş məşqçisi Nikola Yurçeviç də olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest