"Real"ın hücumçusu Kərim Benzema maraqlı açıqlama ilə diqqət mərkəzinə düşüb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, fransalı forvard bu mövsüm uğurlu çıxışını Kriştianu Ronaldonun komandadan gedişi ilə əlaqələndirib.

31 yaşlı oyunçu indi daha rahat oynadığını bildirib: "Əvvəllər Ronaldoya görə oynayırdım. Meydanda daim onu axtarır və daha çox qol vurması üçün kömək etməyə çalışırdım. Həmin vaxt ikinci planda idim. İndi isə qol vurmaq istəyini göstərmək və komandanı daşımaq növbəsi məndədi. Artıq əsl sevdiyim oyunu göstərirəm. Ronaldoya ötürmə verməyəndə komandaya hirslənir və qışqırırdı".

Qeyd edək ki, Kərim Benzema cari mövsüm 40 oyunda 20 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest